BİZ KİMİK?

“Deniz WEB” veb sahəsində ixtisaslaşan və dinamik inkişaf edən perspektivli veb studiyadır.
“Deniz” şirkəti Azərbaycanda və onun hüdudları kənarında yerləşən çox sayda yerli və xarici təşkilatlara veb sahəsində öz xidmətlərini təqdim edir.
Əsas məqsəd internet resurslarının yaradılması və inkişafıdır.
Bu işlər ən yüksək texnoloji üsullardan bəhrələnərək həyata keçirilir.
“Deniz” dizaynın və firma üslubunun yaradılması, köhnəlmiş veb-resursun yenidən dizayn edilməsi və modernləşdirilməsi, saytın internet şəbəkəsində reklamı, axtarış sistemləri üçün internet portalının optimallaşdırılması, texniki dəstəyin təmin edilməsi, veb-saytın məlumatla təchiz olunması, müdafiə və idarəetmə üzrə funksional sistemlərin işlənib hazırlanması və quraşdırılması və s. daxil olmaqla müxtəlif xidmətlərlə sizin ixtiyarınızdadır.